Qazax rayon Ürkməzli kəndində baş verən yanğının görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntülərdə evdə baş verən güclü yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülməyə çalışılır.
Qeyd edək ki, yanğın 3 iyunda Qazax rayon Ürkməzli kənd sakini İsmayılov Kərəm Nurəddin oğla məxsus birmərtəbəli fərdi evdə baş verib.
Yanğın nəticəsində 150 m² ev bütün əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Yanğının elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Yanğının söndürülmə görüntülərini təqdim edirik:
Vüqar Nəbiyev, Gəncə