Polis səsucaldanlar vasitəsilə xəbərdarlıq anonsu edir: "Evdə qalın..." – VİDEO


Ölkədə tətbiq olunmuş tam məhdudlaşdırılma ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları əhaliyə xəbərdarlıq edir.
Yeniavaz.com
xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi polis əməkdaşlarının səsucaldanlar vasitəsilə əhaliyə xəbərdarlıq etməsinin görüntülərini yayıb. Bu zaman əhaliyə növbəti iki gün ərzində yaşayış yerini tərk etməyin qadağan olduğu bildirilir:
“Diqqət, diqqət! Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar, şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunmuşdur. Cəmi iki gün evdə qalmaqla siz həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş olursunuz. Bu tələblərin yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır. Evdə qalın!”

DİGƏR XƏBƏRLƏR

Top