Bakı şəhərinin Xətai rayonunda baş vermiş yanğının qarşısı alınıb. Hadisə Babək prospekti 94 ünvanındakı 14 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı çoxmərtəbəli yaşayış binasının şaxtasında 4 m² sahədə məişət tullantıları yanıb.
Yanğından mənzillər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.