2020-ci ilin ikinci Ay tutulması hadisəsi başa çatıb.
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayıb və saat 01:04-də sona çatıb.
Tutulmanın maksimumu saat 23:26-da olub.
Bununla da 2020-ci ilin ikinci Ay tutulması hadisə iyun ayının 5-dən 6-sına keçən gecəni əhatə edib. Bu, yarımkölgəli Ay tutulması olub.//Report