Türkiyədən daha 144 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTOLAR

5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirilib. 

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 




DİGƏR XƏBƏRLƏR

Top