ABŞ polisi 75 yaşlı etirazçını ağır yaraladı, kömək etmək istəyən həmkarına mane oldu - VİDEO


ABŞ-da şiddətə qarşı etirazda iştirak edən şəxs ağır xəsarət alıb.
Yeniavaz.com
"New York Times"a istinadla xəbər verir ki, ABŞ-ın Bufalo şəhərində polisin 75 yaşlı etirazçını itələməsi onun ağır yaralanmasına səbəb olub. `Yerə yıxılan etirazçının başından qan axmağa başlayıb. Bunu görən digər polis ona yardım etmək istəsə də hadisəni törədən həmkarı ona mane olub. Yaralı təcili xəstəxanaya çatdırılıb. Bufalo şəhərinin bələdiyyə başçısı 75 yaşlı etirazçının vəziyyətinin ağır olduğunu və hadisəyə səbəb olan polislərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.
Hadisənin görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top