Türkiyədə səlahiyyətlərinə xitam verilən 3 deputatdan 2-si həbs edildi, 1-i saxlanıldı


Türkiyədə bu gün deputat səlahiyyətinə xitam verilən 2 deputat həbs olunub.
Yeniavaz.com xəbər verir ki, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Musa Farisioğulları Ankaraya gedərkən Diyarbəkirdə saxlanılıb.
HDP-dən seçilən digər deputat Leyla Güvən Diyarbəkirdəki evində polis tərəfindən saxlanılıb. Həkim müayinəsindən sonra çıxarıldıqları növbətçi məhkəmə tərəfindən barələrində həbs qərarı verilib.

24 sentyabr 2019-cu ildə Diyarbəkir Baş Prokurorluğu tərəfindən irəli sürülən “Teror təşkilatı PKK-ya üzv olmaq” ittihamı ilə Leyla Güvən barəsində 6 il 3 ay, Musa Farisoğulları barəsində isə 9 il həbs cəzası qərarı verilib.

Türkiyədə səlahiyyətinə xitam verilən deputatlardan üçüncüsü Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu da İstanbulda saxlanılıb. CHP-li Berberoğlu "Milli İstihbarat Təşkilatı TIR"ları fotolarını jurnalist Can Dündara verməkdə ittiham edilərək barəsində 5 il 10 ay həbs cəzası qərarı verilib.

DİGƏR XƏBƏRLƏR

Top