Floydun ölümü ilə bağlı daha bir ölkədə iğtişaşlar başladı


Corc Floydun ölümündən sonra ABŞ-da keçirilən nümayişlərin qığılcımı bir sıra dünya ölkələrinə də sıçramağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Avstraliya və Fransadan sonra nümayişlərdə növbəti iğtişaşlar İngiltərədə qeydə alınıb. İngiltərənin Xarici İşlər Nazirliyi və Baş Nazirliyinin binaları qarşısında,eləcə də Parlament Meydanında nümayişlər keçirilib.
İlkin olaraq Parlament Meydanında başlayan aksiyada polisin nümayişçilər tərəfindən döyüldüyü və üstlərinə kauçuk şüşələrin atıldığı deyilir. Xarici İşlər Nazirliyi qarşısında yaşanan etiraz aksiyasında da polislə nümayişçilər arasında yenidən iğtişaşlar yaşanıb. Havanın qaralmasına baxmayaraq aksiyalar Parlament Meydanında davam etdirilib. Bəzi nümayişçilər nəzarətə götürülüb.
Nümayişin əsas şüarları “Qaradərililərin həyatı dəyərlidir!”, “Ədalət yoxdursa, sülh də yoxdur!”, “İngiltərə məsum deyil!” olub.
Baş nazir Boris Conson koronavirusla bağlı keçirdiyi iclasda bu məsələyə toxunaraq deyib: “Corc Floyda qarşı edilən hərəkətlər bizi məyus etdi və ailəsinin dərdinə şərik olduğumuzu bildiririk”.
Qeyd edək ki, Londanda şənbə günü Parlament meydanı və ABŞ səfirliyi qarşısında yenidən etiraz aksiyaları keçiriləcəyi gözlənilir.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top