Tibbi maska hansı ölkədə neçəyə satılır? – SİYAHI + QİYMƏTLƏR


Koronavirus pandemiyası səbəbindən tibbi maskalara olan tələbat bütün dünyada, o cümlədən də Azərbaycanda dəfələrlə artıb.
Yeniavaz.com
xəbər verir ki, tibbi maskalara tələbatın artması səbəbindən bu məhsulun qiyməti də ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Məlumat üçün bildirək ki, hazırda dünyada ən çox satılan maska növü 3 qatlı və simli tibbi maska hesab olunur. Azərbaycanda bu maskanın pərakəndə satış qiyməti 30 qəpik təşkil edir.
Tibbi maskanın satış qiymətinin ucuz və ya baha olduğu barədə uzun müddətdir müzakirələr aparılır.
Aprel ayının əvvəlində mətbuata verdiyi açıqlmada Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir: “Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.
Qeyd edək ki, aprel ayının 7-də ölkədə tibbi maska istehsal edən müəssisə işə düşüb və açıqlnan son məlumatlara görə, hazırda maskaya olan tələbat yerli istehhsal hesabına təmin olunur. Lakin, yerli istehsal olan tibbi maskaların maya dəyəri barədə heç bir açıqlama verilməyib.
Onu da bildirək ki, 3 qatlı və simli tibbi maskanın qiymətinə görə Azərbaycan region ölkələri arasında orta sıralarda qərarlaşıb.
Yeniavaz.com region ölkələrində 3 qatlı və simli tibbi maskanın orta qiymətini təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Top