Azərbaycanda növbədə gözləmə qaydaları AÇIQLANDI


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, TƏBİB-dən bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır.

Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin.

DİGƏR XƏBƏRLƏR

Top