Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu


Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.

Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir.  Bu barədə idmançının özü məlumatı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top