Baş Prokurorun işdən çıxardığı kürəkəninə yüksək vəzifə verildi

Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni - Səbail rayon prokurorunun sabiq müavini Orxan Nuriyevə Dövlət Təhülkəsizlik Xidmətində yüksək vəzifə verilib.

Yeniavaz.com Haqqin.az-a istinadən xəbər verir ki, Kamran Əliyevin işdən çıxarılmasının səbəbi kimi Orxan Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edilməsi olub.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Bildirilir ki, Orxan Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top