ABŞ-da qarətçilər təqaüdə çıxmış polisi öldürdü


ABŞ-ın Sent-Luis şəhərində qarətçilər bir mağazanı qorumağa çalışan təqaüdçü polis məmuru Devid Dornu öldürüblər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, mağazanın qarşısındakı səkidə qətlə yetirilən 77 yaşlı Devid Dornun öldürülməsi ilə bağlı istintaq işi başladılıb. Hələlik faktla bağlı şübhəli qismində saxlanılan olmayıb. Hadisəyə səbəb olanların həbs olunmasına köməklik edən şəxslərə 10 min dollar mükafat veriləcəyi bildirilib.
Qeyd edək ki, hadisəni prezident Donald Tramp da daimi istifadə etdiyi sosial şəbəkə hesabından tənqid edib. Mərhumun ailəsinə hörmətini bildirərək, polislərin əməyini qiymətləndirdiyini deyib.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top