Azərbaycanda koronaviruslu xəstələrə hansı halda dərman verilir? - TƏBİB AÇIQLADI


Koronavirusa yoluxan və xəstəxanada karantində olan xəstələr tez-tez onlara heç bir yardım edilmədiyini, xəstəliyə qarşı dərmanların verilməməsi ilə bağlı şikayətlər edirlər. Koronavirusa yoluxan xəstələr xəstəxanalarda necə müalicə edilir? Hansı xəstələrə dərman verilir?
Məsələni araşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında simptomsuz gedən xəstələrə dərman verilmədiyini qeyd etdi:
“İki cür xəstə var: simptomlu və simptomsuz. Əgər xəstədə hər şey simptomsuz gedirsə və koronavirusun dərmanı yoxdursa, nəyə əsasən dərman verməliyik ki? Buna görə də heç bir dərman verilmir. Bakıda “Atletlər kəndi”ndə belə xəstələr var. Onlar test veriblər, nəticə pozitiv çıxıb və xəstəlik simptomsuz gedir. Belə xəstələr digər ölkələrdə də var və onlar evdə müalicə olunurlar. Lakin bu, hələ Azərbaycanda tətbiq olunmayıb. Biz belə xəstələri yanlız karantinə alırıq. Onların immuniteti özü xəstəliyə qalib gəlir və müəyyən müddətdən sonra test edilir. Testin cavabı iki dəfə neqativ cavab çıxarsa, artıq evə buraxılırlar.
Simptomlu xəstələrə isə həmin simpomlara uyğun dərmanlar verilir. Əgər temperaturu varsa, temperatur salan və ya digər əlamətlər varsa ona qarşı dərmanlar verilir”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top