Turizm şəhəri Naftalan bir ilkə imza atıb


Turizm şəhəri Naftalan daha bir ilkə imza atıb.

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Yeniavaz.com xəbər verir ki, kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hərkəs üçün nəzərdə tutulub.
Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə regionda ilk dəfə məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb. Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı  Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.  Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətini yerli sakinlər və turistlərdə yüksək qiymətləndirir.
Qeyd edək ki,kornovirus pandemisyası ilə əlaqədar hələki xarici turistlərin şəhərə gəlişi mümkün olmasada yerli turistlər kurort şəhərinə üz tutur. Həmçinin Naftlanda yeni sanatoriyların tikintisi də davam etdirilir.
Esmira Hidayətova, Naftalan

DİGƏR XƏBƏRLƏR

Top