ABŞ-da gərginlik böyüyür – Küçəyə çıxma qadağası qoyuldu


Corc Floydun ölümünə görə getdikcə güclənən etiraz aksiyalarından sonra Vaşinqtonda küçəyə çıxma qadağası qoyulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, dünən və bu gün Ağ Evin ətrafına toplaşan yüzlərlə nümayişçinin zorakı hərəkətləri bələdiyyə başçısı Myuriel Bauzeri bu addımı atmağa vadar edib. Bauzer verdiyi açıqlamada küçəyə çıxma qadağasının yerli vaxtla bazar günü saat 23:00-dan bazar ertəsi 06: 00-a kimi davam etdiriləcəyini qeyd edib. Bauzer həmçinin bildirib ki, nümayişlərdə təhlükəsizliyi təmin etmək üçün Vaşinqton polisinə Milli Qvardiya köməklik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top