TƏBİB koronavirusdan qorunmaq üçün yayılan yanlış şayiələr barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, məlumatda bir çoxlarının doğru bildiyi, əslində isə yanlış olan qaydaların siyahısı açıqlanıb.
Yanlış: Burnu duzlu su ilə yumaq, duzlu su ilə qarqara etmək və ya sirkə virusun yoluxmasının qarşısını alır
Doğru: Bu mövzuda heç bir elmi təsdiq yoxdur. Hətta duzlu suyun nisbəti yüksək olarsa, yuxarı tənəffüs yolu hüceyrələrinə zərər verə bilər.
Yanlış: Covid-19 infeksiya halı, ağır və ölümcül müşahidə edilir.
Doğru: Xəstəlik çox hallarda yüngül müşahidə edilir.
Yanlış: Xəstəlikdən qorunmaq üçün maska taxmaq kifayətdir.
Doğru: Maska, sadəcə, insan xəstə olarsa, digərlərinə yoluxdurma riskini azalda bilər. Qorunmada ən önəmli tədbir, əl təmizliyidir.
Yanlış: Əl dezinfeksiyaediciləri infeksiyadan qorunmağa kömək edir.
Doğru: Dezinfeksiyaedicilərin çoxu əlləri yaxşı bir 'sabun-su' təmizliyindən daha çox qoruya bilməz. Əllərin tez-tez sabun və su ilə diqqətlə, yaxşı ovuşdurularaq yuyulması, əl ilə yoluxmadan qorunmaq üçün kifayətdir. Sabun və su olmadıqda, spirt və ya spirt əsaslı dezinfeksiyaedici məhlullar da istifadə edilə bilər.
Yanlış: İsti içkilər içmək virusu öldürür.
Doğru: Həddindən artıq 'qoruyucu epitel qatını' və 'hüceyrələrin qoruyuculuq qabiliyyətini' məhv etdiyindən, faydadan çox zərər verə bilər.
Yanlış: İnfeksiyalı səthləri sadəcə su və ya nəm salfet ilə silmək kifayətdir.
Doğru: Səthləri su ilə müəyyən nisbətdə qarışdırılmış təmizləyici və dezinfeksiyadici vasitələrlə təmizlənməlidir.
İlahə Hüseynova