Bərdədə 24 yaşlı gənc anasını və bacısını güllələyib - FOTO - YENİLƏNİB

Ağdam sakini anasını və bacısını öldürüb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Alaçadırlı kəndində qeydə alınıb.

Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Zeynallı Toğrul Musa oğlu qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Həmid qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Hazırda Bərdə rayonunun Polis Şöbəsinin əməkdaşları T. Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. 

***08:43
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb

Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top