Nazirlik şəhərdə gəzən ayını tutdu - iynə vuraraq


Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, ayıya keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub.

Ərazi xüsusi mühafizə olunur, hazırda ayının evakuasiya olunması prosesi gedir.

DİGƏR XƏBƏRLƏR

Top