Şəhərin mərkəzində gəzən ayı ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA - Hara aparılacağı bilindi


Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq.

Yeniavaz.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

"Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur. Qeyd edək ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”- deyə rəis müavini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top