Parlamentin yaz sessiyasının sonuncu iclası keçirilir


Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

İclasa sədrliyi spiker Sahibə Qafarova edir.

İclasın gündəliyinə 12 məsələ daxil edilib. 

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq. (Report)

DİGƏR XƏBƏRLƏR

Top