Zibilli küçəyə təcili yardım maşını daxil ola bilmir


Bu küçəyə nə təcili yardım, nə yanğınsöndürən nə də ki digər avtombillər daxil ola bilir.

Məkana yaxınlaşanda isə üfunət qoxuyur. Bir sözlə küçə zibil poliqonuna bənzəyir. Görüntülər Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində lentə alınıb. Sakinlər bidirir ki, yaşadıqları ərazi bir neçə müddətdi zir-zibil içində itib batır. Vəziyyət o yerə çatıb ki, bu ünvana təcili yardım avtomobili çağrılsa da maşının hərəkəti küçədə mümkünsüz olur. Adıçəkilən küçənin girişində yaşayan Ceyhun Əliyev öz şəxsi avtomobili ilə zibil əlindən yeni tikdiyi mənzilinə yaxınlaşa bilmir.
Qaçaq Nəbi küçəsinin sakinləri koronovirus təhlükəsinin olduğu vaxtda, yaşadıqları ərazinin belə vəziyyətinin onları daha da narahat etdiyini deyirlər. Burada yaşayanlar həmin ünvana zibil qablarının qoyulmasını və həmin qablara yığılan tullantıların vaxtlı-vaxtında daşınmasını vacib olduğunu bildirirlər.
Küçənin mövcud vəziyyəti haqqda adiyyatı qurumları məlumatlandırmaq üçün üz tutduq Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinə. İdarənin rəis müavini Tahir Abdullayev  bildridi ki, Qaçaq Nəbi küçəsinə dəfələrlə baxış keçirib zibilləri ərazidən götürüblər. Amma həmin küçə sakinləri tullantıların daşınması üçün xidmət haqqı ödəməkdən imtina edirlər.  
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top