Bataqlıqda qalan uşaq və heyvan sürüsü xilas edildi - YENİLƏNİB


Qəbələdə bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan uşaq və heyvan sürüsü xilas edilib.

Yeniavaz.com-un FHN-ə istinadən məlumatına görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə  qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

***10:32
Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlı və heyvan sürüsü (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalıb. 

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub. 

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top