Mirşahin: "İnanmıram, Azərbaycanda mənim qədər söyülən ikinci bir həmkarım var”


“Mirşahinin yolu ilə getmək istəyən adamlara Mirşahinin yolunda onu gözləyə biləcək xoşagəlməzlikləri, təhqirləri anons edərdim. Mirşahin kənardan bəlkə də cazibadər, çox möhtəşəm ad kimi görünür, amma bu, eyni zamanda böyük bir bədbəxtliyin nişanıdır. Mən inanmıram, Azərbaycanda mənim qədər təhqirə məruz qalan, söyülən ikinci bir həmkarım var”. 

Yeniavaz.com xəbər verir ki, bunu “REAL TV”nin baş direktoru Mirşahin Ağayev AzTV-də  “Ağ və qara” verilişində deyib: 

“Hamı dövlətə canını fəda etmək istəyir, hamı etiraf edir ki, dünyada ən ağır yara söz yarasıdır. Həmin məntiqlə yanaşsaq, Azərbaycanda məndən çox söz yarası alan kimsə var? Əminəm ki, yoxdur. 

Mirşahinin yolu ilə getmək istəyən adam bunu göz önünə gətirməlidir. Gətirməlidir ki, onu söyəcəklər, təhqir edəcəklər. O böyüyəcək, onun 30, 35 yaşı olacaq, övladı onun yaşına gəlib çatanda internetdə həmin təhqiramiz mənzərə ilə qarşılacaq...

Belə əzazil ətraf-mühit, qəddar, bir sıra hallarda mənəviyyatsız fon Mirşahinin yolunu getmək istəyən insanın mütləq yaddaşında, alt şüurunda olmalıdır. Mən bunu deməliyəm, deməsəm təsadüfən həmin adam bu yola düşər və deyər ki, "necə adamsan sən belə? mən istəmirdim atamı, anamı söysünlər belə..."

Başqa bir tərəfdən də bu, şərəfdir. Səni anlamırlar, başa düşmürlər. Başa düşmürlər ki, sən həkim kimi onları müalicə etməklə məşğulsan. Eyni zamanda bu xəstələr sənə müqavimət göstərirlər. Sənin iynə vurmaq istəyən əlini itəliyirlər, sənin onlara vermək istədiyin dərmanı acıdır deyə atmaq istəyirlər qırağa. Başa düşmürlər ki, mənəvi ölümlərini, sonlarını yaxınlaşdırırlar". Aparıcının sizə hücum edənlərin olmaması, "əllərinin qurumasını" istətərdinizmi sualına Mirşahin Ağayev: "Bəlkə də onlar mənim həyatımda mənim haqqımda xoş sözlər deyən insanlardan daha faydalı olublar. Onlar olmasaydı, Mirşahinin gücü nədə olacaqdı?", - deyə cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top