Qazaxda azyaşlı "antifriz" içərək zəhərlənib


Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.

DİGƏR XƏBƏRLƏR

Top