Tramp ÜST-lə əlaqələrini kəsir - SƏBƏB `


ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Donald Tramp “Twitter” hesabında məlumat verib.
“Çin virusun bütün dünyaya yayılmasına səbəb oldu. ÜST dünyanı yanlış yönləndirdi. Eyni zamanda tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyi üçün ÜST-lə əlaqələrimizi bu gündən kəsirik” - deyə, Tramp qeyd edib.
Bundan başqa Tramp, təşkilata hər il ayırdığı təxminən 450 milyon dollarlıq vəsaiti dünya səhiyyəsinin digər ehtiyaclarına xərcləyəcəyini qeyd edib.  
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top