ABŞ-dakı etirazları canlı yayımlayan CNN müxbiri canlı yayımda polis tərəfindən saxlanılıb.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, müxbir etiraz aksiyasının keçirildiyi yerdən canlı yayım edərkən bir anda polislər yaxınlaşaraq operator, prodüser və müxbirin əllərini qandallayıblar. CNN hadisədən sonra işçilərinin dərhal azad edilməsini tələb edib. Müxbir və digər işçilər qısa müddət sonra buraxılıblar. Qeyd edək ki, ABŞ-da polisin Corc Floyd adlı şübhəlini öldürməsindən sonra etiraz aksiyaları başlamışdı.