ABŞ-da qaradərilinin öldürülməsindən sonra bu sözlər qadağan edildi

 
ABŞ-da epidemiyadan sonra problemə çevrilən irqçilik və polis zorakılığı Nyu Yorkda yeni bir qərarın imzalanmasına səbəb olub.
Yeniavaz.com “DHA” agentliyinə istinadən xəbər verir ki, qərara əsasən Nyu York şəhərinin bələdiyyəsi iclasda “xarici” və “qeyri-qanuni” (qanunsuz mühacir, qanunsuz miqrant) sözlərini şəhərin qanuni sənədlərində istifadəsini qadağan edib. Rəsmilər bu sözlərin insanların mənliyini alçatdığını bildirib. Həmin sözlərin yerinə bundan sonra “vətəndaşlığı olmayan” sözü istifadə olunacaq.
Bələdiyyə məclisinin rəsmisi Kori Conson qərarla bağlı verdiyi açıqlamada bundan sonra heç kəsin yaradılışına görə qeyri-qanuni sözləri ilə adlandırılmayacağı bildirib.
Bununla da Nyu York Amerikanın tarixində bir ilkə imza ataraq mühacirlərə ünvanlanan xarici və qeyri-qanuni sözlərinin istifadəsini qadağan edən şəhər olub.
Qeyd edək ki, qərarın verilməsinə səbəb son günlərdə qaradərili bir amerikalının Nyu Yorkda bir polis tərəfindən öldürülməsi və şəhərdə insanlar arasında yaşanan ajiyataj olub.
 

DİGƏR XƏBƏRLƏR

Top