Dünyada yayılan yeni növ koronavirus səbəbilə dayandırılan cümə namazları Türkiyədə qılınmağa başladı.
Yeniavaz.com xəbər verir ki, cümə namazı qılmaq üçün minlərlə insan məscidlərə və iri stadionlara axışıb. Namaza gələn camaatdan sosial məsafə və digər təhlükəsizlik tədbirlərinə riayət edilməsi tələb edilib. Yayımlanan görüntülərdə cümə namazında iştirak edən hər kəsin maska taxdığı və şəxsi səccadələri ilə gəldiyi görülür.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus səbəbilə cümə namazları mart ayının 16-dan qadağan edilmişdi.