Koronavirus Azərbaycanda nikah və boşanmalara necə təsir edib? – RƏSMİ MƏLUMAT


Məlum olduğu kimi, bu ilin fevral ayının 28-də Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bundan sonra ölkə ərazisində bir-sıra məhdudlaşdırıcı tədbirlər görülüb. Mart ayının 24-dən etibarən isə ölkədə karantin rejimi tətbiq olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, koronavirus infeksiyasının yayılmağa başladığı mart ayında Azərbayacanda 3 min 976 nikah, 982 boşanma qeydə alınıb.
Məlumat üçün bildirək ki, ötən ilin mart ayı ilə müqayisədə nikahların sayı 18%, boşanmaların sayı isə 21,7% azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin mart ayında 4 854 nikah, 1 254 boşanma qeydə alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top