4 yaşından at çapan Gülay ağır xəsarət aldı – Xəstəxanaya yerləşdirildi – VİDEO


4 yaşından at çapmağa başlayan Gülay Fərzəliyeva bir il at çapa bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə 12 yaşlı qızın “İnstagram” hesabında məlumat verilib.
Məlumata görə, o, parkda yelləncəkdən yıxılaraq sağ ayağı dizdən yuxarı sınıb.
“Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadır. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin” – deyə, qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top