Azərbaycan əhalisi apreldə tibbi mallara nə qədər pul xərcləyib? - RƏSMİ


Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7% çoxdur. Təkcə ötən ay əhaliyə 57,7 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub. //APA

DİGƏR XƏBƏRLƏR

Top