Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTO


Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Xatırladaq ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top