Karantin qaydalarına görə yazılan cərimələrdə güzəşt ediləcək? - Deputatdan AÇIQLAMA


"Karantin qaydalarının pozulmasına görə yazılan cərimələrdə güzəşt edilməsi məsələsi hələlik gündəmdə yoxdur".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında millət vəkili Erkin Qədirli deyib. O bildirib ki, karantin qaydalarının pozulması səbəbilə yazılan cərimələr ödənməlidir:
"Qanunda yazılmayıb axı cərimələrin ödənməsi prosesində insanların sosial vəziyyəti nəzərə alınsın. Cərimə hüquqi cəzadır, hökumətin siyasəti deyil. Hökumət öz siyasətində nəzərdə tuta bilər ki, hansı sosial təbəqə ilə necə davransın. Ancaq, qanunu pozursansa bilməlisən ki cəzası var. Gərək həmin şəxslər qanunu pozmayaydılar. Hələlik heç bir güzəşt məsələsi gündəmdə deyil. Bir şəxs ki sosial vəziyyətinin pis olduğunu bilir o şəxs qanunu pozmamalıdır. Qanunda necə yazılıbsa elə də olmalıdır".
Erkin Qədirli karantin qaydalarının pozulmasına görə yazılan cərimələrdə güzəşt məsələsinin parlamentdə təklif edilib-edilməyəcəyindən də danışdı:
"Bu kimi mövzuların millət vəkilləri tərəfindən təklifi məsələsi də bir başqa problemdir. Deputatlar o qədər populist şeylər danışırlar ki... Qanun məsələsinə gəldikdə isə qeyd edim ki, millət vəkilləri özləri bu qanuna səs verib qəbul ediblər".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top