Hindistan və Gürcüstandan 30 Azərbaycan vətəndaşı ölkəyə gətirilib


Bu gün Hindistandan 17 nəfər Azərbaycan vətəndaşı aviareyslə Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gətirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi vurğulayıb ki, Hindistandan gələn 17 nəfərlə bərabər, Gürcüstanda olan digər 13 nəfər Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindən keçməklə ölkəyə gətiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top