ABŞ-da polis şübhəlini küçədə boğaraq öldürdü - VİDEO


ABŞ polisinin şübhəliyə yanlış müdaxiləsi ölümə səbəb olub.

Yeniavaz.com "NBC News"a istinadla xəbər verir ki, yeni yayımlanan görüntülərdə polisin küçədə şübhəlini yerə yıxıb dizi ilə boğazına basdığı görülür. Adı açıqlanmayan şübhəli bu vaxt "nəfəs ala bilmirəm" deyə qışqırır. Ancaq, polis buna reakisya vermir. Kameralara yansıyan görüntülərdə həmin şəxsin bir neçə dəqiqə sonra hərəkətsiz qaldığı müşahidə edilir. Polis əməkdaşları onu təcili xəstəxanaya çatdırırlar ancaq, müdaxilələrə baxmayaraq şübhəlinin həyatını xilas etmək mümkün olmur. ABŞ-ın Fedral Təhlükəsizlik Bürosundan (FBI) verilən məlumata görə, həmin polislər artıq vəzifəsindən uzaqlaşdırılıb və faktla bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top