Türkiyədə özünü deputat qızı kimi tanıdan Azərbaycan əsilli qadın saxlanılıb - VİDEO


Türkiyədə Azərbaycan əsilli Xalidə M. adlı qadın saxlanılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü sabiq millət vəkilinin qızı kimi tanıdan qadın dələduzluqda ittiham olunur.
Xəbərdə bildirilir ki, Xalidə M. adlı qadın Türkiyəyə 8 il əvvəl turist kimi gəlib. Haqqında dələduzluq və soyğunçuluqla bağlı şikayətlərdən sonra Ankara polisi hərəkətə keçib.

Polisin keçirdiyi əməliyyat çərçivəsində “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat vasitəsilə insanları aldadaraq onlardan təxminən 1 milyon lirə mənimsəyən Xalidə M. saxlanılıb.
Məlumatda bildirilir ki, Xalidə M. Rusiya və Ukraynadan qaçaqmalçılıq yolu ilə ucuz qoz gətirə biləcəyini deyib. Həmçinin Türkiyədə tanış olduğu vəzifəli şəxalərə Rusiyada yüksək vəzifədə olanlarla əlaqələsinin olduğunu bildirib. Bundan başqa 3 dil bildiyini, Rusiyada ali təhsil aldığını və anasının keçmişdə rusiyada millət vəkili olduğunu söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top