"Qarabağda müharibə tələb edirik" aksiyası ilə bağlı polisdən AÇIQLAMA - VİDEO - YENİLƏNİB


Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.
Yeniavaz.com
xəbər verir ki, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.
O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.
Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb.

***15:07
Bakıda "Qarabağda müharibə tələb edirik" adlı aksiyaya cəhd olub.
Yeniavaz.com
Meydan Tv-də canlı yayımlanan videoya istinadən xəbər verir ki, hadisə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasənən qarşısında baş verib.
Ərazidə DİN əməkdaşları aksiyaya cəhd edənləri hadisə yerindən uzaqlaşdırmağa çalışır.
Saxlanılanların olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

Top