5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandı


Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə ilə bağlı cinayət işi başlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top