Acun 3 milyonla dünya rekordunu yenilədi - FOTO

Türkiyənin “TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalının “Instagram” hesabından etdiyi canlı yayımı üç milyondan artıq istifadəçi izləyib.

Yeniavaz.com xəbər verir ki, 3 milyon yeni rekord hesab olunur. Belə ki, bundan əvvəl “Instagram”da ən çox izlənən canlı yayım məşhur reper Daniel Hernandesə (Tekaşi69) məxsus olub. 24 yaşlı reperin həbs cəzası barədə danışdığı canlı yayımı iki milyondan artıq istifadəçi izləmişdi.

Xatırladaq ki, A.Ilıcalı ötən gün saat 23:30-da açdığı canlı yayıma iki dəqiqə ərzində üç milyon izləyici toplaya bilib. Bununla da əvvəlki iki milyonluq göstəricini geridə qoyaraq yeni dünya rekordu qırıb.

DİGƏR XƏBƏRLƏR

Top