Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus testi neqativ çıxdığı üçün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə D. Peskovun özü TASS agentliyinə məlumat verib. O bildirib ki, tədricən işə qayıtmağı planlaşdırır.
Qeyd edək ki, may ayının 12- də D. Peskov və həyat yoldaşı, Olimpiya çempionu Tatyana Navka koronavirusa yoluxduqları üçün xəstəxanaya yerləşdirilmişdilər.