Gəncədə sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional Bölməsinin keçiridiyi yoxlamalarda gigyenik qaydaların kobud şəkildə pozulması faktı aşkar olunub. Şəhərin Şah İsmayıl Xətai Prospektində yerləşən “Söyüdlük” kafesində aparılan yoxlama zamanı kafenin anti-sanitar şəkildə fəaliyyət göstərdiyi üzə çıxıb.
Reyd bir daha təsdiq etdi ki, karantin qaydalarının yumşaldılması ilə kafe və restoranlar öz fəaliyyətlərini necə gəldi qurub. AQTA-nın mütəxəssisləri növbəti dəfə xəbərdarlıq edir. Bu cür reydlər mütamadi şəkildə keçiriləcək. Bu baxımdan sanitar normalara əməl edilməsi, gigiyenik tələblərin qorunması vacib şərtdir.