İcra hakimiyyətindən tender udan şirkət 3 gün sonra niyə imtina etdi? - SƏBƏB

İcra başçılarının və Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsilə bağlı keçirilən əməliyyatlar sübut etdi ki, məhz tenderlər, dövlət satınalmaları məmurların korrupsiya gəlirlərinin əsas hissəslərindən birini təşkil edən vasitələrdir.

Yeniavaz.com “azpolitika.info” saytına istinadla xəbər verir ki, İsmayıllı rayonunda Azərbaycanın “tender tarixində” bəlkə də tayı-bərabəri olmayan hadisə baş verib. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərdaxili avtomobil yollarının əsaslı təmiri məqsədilə keçirilən tenderin qalibi olan “İsmayıllı Tikinti-27” ASC qazandığı işi reallaşdırmaqdan imtina edib və müqavilənin ləğv olunmasını istəyib.

İcra hakmiyyətindən verilən məlumata görə, podratçı təşkilatla 05 may 2020-ci il tarixli 01/2020 nömrəli satınalma müqaviləsi imzalanıb, lakin “İsmayıllı Tikinti-27” ASC-nin sədri 08 may 2020-ci il tarixli 62 nömrəli məktubla RİH başçısına müraciət ünvanlayaraq səhhətində yaranmış problemlərlə əlaqədar müqavilə şərtlərini yerinə yetirə bilməyəcəyini bildirərək müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsini xahiş edib.

Rəsmi məlumatda deyilir: “Qeyd olunanları nəzərə alaraq, RİH başçısının 22 may 2020-ci il tarixli 68 nömrəli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti və “İsmayıllı Tikinti-27” ASC arasında bağlanmış müqaviləyə xitam verilmişdir”.

DİGƏR XƏBƏRLƏR

Top