Şəhid bulağında qoyun saxlanılmasına RƏSMİ MÜNASİBƏT - VİDEO + YENİLƏNİB

Görədil kəndindəki “Qarabağ şəhidlər bulağı”nın ətrafında guya qoyun sürüsünün saxlanılması ilə bağlı informasiyalar yayılmışdı.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən açıqlama gəlib. 

Açıqlamada bildirilir ki, Görədil kəndindəki Şahilər abidəsinin ərazisi aqlay daşlarla döşənib, abadlaşdırılıb. Sözügedən ərazidə ümumiyyətlə ot-alağın bitməsi və heyvanların otarılması üçün hər hansı yer mövcud deyil. Bunu ərazinin foroşəkillərindən və video görüntüsündən də açıq şəkildə görmək mümkündür.

Şəhidlər kompleksinə daxil olmayan onun arxa tərəfində istifadədə olmayan köhnə kənd qəbiristanlığı yerləşir. Bu ərazidə isə ara-sıra kənd camaatı tərəfindən heyvanların otarılması halları müşahidə edilir. Bununla bağlı kənd camaatına xəbərdarlıq edilib.


***      11:56

Abşeron rayonunda şəhidlər bulağında qoyun sürüsü saxlanılır.

Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən fotorları jurnalist Namiq Həsənov feyzbuk səhifəsində paylaşıb.

O qeyd edib ki, rayonun Görədil qəsəbəsi, “Qarabağ şəhidlər bulağı”nın ətrafında qoyun sürüsü saxlanılır:

“Əbədi məşəlin əvəzinə tonqal, insanlar əvəzinə qoyun sürüsü. Bu biabırçı mənzərəyə uzun müddət söz tapa bilmədim, eləcə, duruxub qaldım. Öz şəhidinə, tarixinə belə etinasız yanaşan insanın nə gələcəyi var, nə də qələbəsi”.




DİGƏR XƏBƏRLƏR

Top