Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb


Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb. Son sutka ərzində Ermənistanda 359 nəfər koronavirusa yoluxub, daha 4 nəfər bu virusdan ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, hazırda Ermənistanda koronavirusa yoluxan 6661 nəfər var. Virusdan ölənlərin sayı isə 81 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top