Moskvada silahlı atışma: 9 nəfər saxlanılıb - VİDEO

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Kaşirsk şosesindəki avtomobil dayanacağında baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.

"İlkin informasiyaya görə, atışma nəticəsində 1 nəfər yaralanıb. Hazırda yaralı ilə birlikdə ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir", - mənbə agentliyə bildirib. 

Mənbənin məlumatına görə, atışma iştirakçıları yivli silahdan istifadə ediblər.

İstintaq Komitəsi zərərçəkmiş haqqında informasiyanı təsdiqləyib. "Moskvanın cənubunda atışma nəticəsində kişinin yaralanması faktı üzrə araşdırma aparılır", - deyə komitənin nümayəndəsi Yuliya İvanova bildirib. 

"İndi hadisə yerində müstəntiqlər işləyirlər. Hadisənin tam təfərrüatı müəyyən edilir", - İvanova əlavə edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top