Rasim Balayev Mədəniyyət naziri olmaq istəyirmi? - Xalq artistindın AÇIQLAMA


Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev onun mədəniyyət naziri təyin edilməsi barədə sosial şəbəkələrdə edilən çağırışlara münasibət bildirib. 

Rasim Balayev insanların onu mədəniyyət naziri görmək istəyinə görə təşəkkür edib: "Məni mədəniyyət naziri görmək istədiklərinə görə insanlarımız çox sağ olsunlar. Ancaq mədəniyyət naziri vəzifəsi mənlik deyil, mən bacarmaram. Bu vəzifəni mənə təklif etsələr belə razılıq vermərəm. Çünki mən kabinet adamı, təşkilatçı deyiləm. Bəlkə də 15-20 il əvvəl təklif olunsaydı, razılaşardım. Amma indi istəmərəm".
Xalq artisi qeyd edib ki, səhhəti ilə bağlı vəziyyət rəsmi vəzifədə çalışmasına imkan vermir:
"Mənim sağlamlığımla bağlı da problemlərim var. Bu vəzifəyə gərək cavan, sağlam və enerjili insan təyin olunmalıdır. Ən əsası da işi bilən, mədəniyyəti dərindən bilən, onu qiymətləndirməyi bacaran təcrübəli şəxs olmalıdır". (demokrat.az)

DİGƏR XƏBƏRLƏR

Top