Trabzondakı qəza ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyindən AÇIQLAMA - YENİLƏNİB



“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri apa-ya Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib. Onun sözlərinə görə hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur: “Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

*15:15
Türkiyənin Trabzon vilayətinin Of qəsəbəsində baş verən avtomobil qəzasında 3 azərbaycanlı vəfat edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı Fariz Fərişovun idarə etdiyi avtomobilin elektik dirəyinə çırpılması nəticəsində 3 nəfər azərbaycanlı dünyasını dəyişib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Verilən məlumatlara görə, Fariz Fərişov ağır yaralı olaraq xəstəxanaya çatdırılıb. Hazırda ölən 3 azərbaycanlı barədə məlumatlar dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top