Bakıda 190 manat ala bilməyənlərin aksiyası - RƏSMİ AÇIQLAMA + VİDEO


Bir qrup vətəndaş Yasamal rayonu 1 saylı Dövlət Məşğulluq Mərkəzinin qarşısında toplaşaraq 190 manat birdəfəlik ödəmənin verilməməsi iə bağlı narazılıqlarını bildiriblər.
Yeniavaz.com
xəbər verir ki, onlar işsiz kimi qeydiyyatda olmalarına baxmayaraq hələ də 190 manatın verilməsi ilə bağlı məlumat ala bilmədiklərini deyirlər.
Sözügedən məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun mətbuat katibi Fazil Talıbov bildirdi ki, vətəndaşların hər birinin şikayəti araşdırılır və əgər vətəndaşlara 190 manatın verilib-verilməməsi ilə bağlı sms gəlməyibsə, həmin şəxslər qeydiyyatdan keçərkən səhvə yol veriblər.
Qurum rəsmisi may ayı ilə bağlı ödənişlərin isə ayın sonuna kimi veriləcəyini qeyd etdi.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top