
Hindistanın məşhur aktyoru Əmir Xanın ehtiyacı olan ailələrə içərisində 15 min rupi (333 AZN) olan 1 kq un yardım etməsi ilə bağlı xəbər təkzib olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə aktyor “Twitter” hesabında məlumat verib. O, haqqında paylaşılan xəbərin yalan olduğunu bildirib. Sözügedən yardımın kim tərəfindən edildiyi isə hələ ki, məlum deyil.
Xatırladaq ki, dünya mətbuatında məşhur hindistanlı aktyor Əmir Xanın un paketlərinin içərisinə 15 min rupi qoyaraq ehtiyacı olan ailələrə paylandığı bildirilmişdi.
Qeyd edək ki, bu Əmir Xanla bağlı yalan çıxan ilk xəbər deyil. Daha əvvəl aktyorun xərçəng xəstəliyi olan uşaqlar və COVID-19 pandemiyası üçün vəsait yardımı etdiyi bildirilmişdi.


İlahə Hüseynova